Cümə , Aprel 19 2024
Ana səhifə / Tibb / Uşaqları dönərdən uzaq tutmaq lazımdır

Uşaqları dönərdən uzaq tutmaq lazımdır

Son illər hazır qidalara daha çox üstünlük verirlər. Fast-fud kimi tanınan qidalar qısa müddətdə hazırlanan və servis olunan ərzaqlara deyilir. Tərcümə lüğətlərində “fast”-tez, “fud” – qida mənası verir.

AZƏRTAC xəbər verir ki, statistikaya görə, fast-fud yeməklərindən uzaq durmağa çalışanlar da ən azı həftədə iki dəfə onu qəbul edirlər. Gün ərzində insanların keçirdiyi hərəkətli yaşayış tərzi yeməyə ayrılan vaxtın azalmasına səbəb olur. Seçim zamanı asan və tez hazırlanan qidalara üstünlük verilməsi məhz bununla əlaqədardır.

Fast-fud adlanan qidalara hamburger, dönər, lahmacun, qızardılmış kartof, toyuq, pizza, tort, qazlı içkilər və s. daxildir. Amerikada satışına başlanılan və oradan sürətlə bütün dünyaya yayılan fast-fud ölkəmizdə gənclər və uşaqlar tərəfindən xüsusi rəğbətlə qarşılanır. Səhərdən axşama qədər işləyən valideynlər vaxt qıtlığından tez-tez fast-fud yeməklərə müraciət edirlər. Bu isə həm uşaqlar, həm də valideynlər üçün arzuolunmaz nəticələrə aparıb çıxarır. Fast-fud məhsullarındakı yağlar heyvan mənşəlidir. Həmin qidaların əksəriyyətində doymuş yağ, həmçinin onun tərkibində insan orqanizmi və maddələr mübadiləsi üçün çox zərərli olan kanserogen maddələr, çoxlu miqdarda duzlar var. Fast-fudlar hazırlanarkən adətən keyfiyyətsiz məhsullardan istifadə edilməsi bir sıra ciddi xəstəliklərə, o cümlədən mədə-bağırsaq xərçənginin yaranmasına səbəb ola bilir.

Müəyyən olunub ki, həmin qidalar kökəlmə və artıq çəki qazanılması ilə nəticələnir. Bundan başqa xolesterinin törətdiyi digər sağlamlıq problemi qan dövranının pozulmasıdır. Bunlar da son nəticədə trombozlara, xroniki işemiyalara və s. xəstəliklərə aparıb çıxarır. Fast-fudlardan mütəmadi istifadə edilməsi məsləhət deyil. Əslində, dünya əhalisinin problemlərindən biri qidalanma məsələsidir. Yer kürəsində qida ehtiyatı dünya əhalisinə yetərli deyil. Genetik modifikasiya olunmuş ərzaqlar, fast-fudlar da həmin zərurətdən meydana çıxıb. Lakin onların neqativ cəhətləri də var. Yalnız zərurət yarananda və başqa çıxış yolu olmayanda həmin qidalardan istifadə etmək olar. Uşaqları sırf həmin qidalara alışdırmaq və onunla böyütmək isə qətiyyən düzgün deyil.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …