Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Tibb / Uşağı yeməkdən küsdürən 7 söz – Anaların çox danışmasının fəsadları

Uşağı yeməkdən küsdürən 7 söz – Anaların çox danışmasının fəsadları

Son zamanlar analar övladlarının yaxşı yemək yeməmələrindən, iştahlarının olmamasından şikayətlənirlər. Təəssüflər olsun ki, yemək prosesinin özü də uşaqlar üçün stress mənbəyinə çevrilib. Bunun səbəbi isə yemək boyu ananın, atanın və nənənin danışması və ya qışqırmasıdır.
Yemək zamanı uşağın qarşılaşdığı bu və ya digər amillər onun psixologiyasına mənfi təsir edərək iştahasını öldürür.
Medicina.az bu gün analara uşaq yemək yeyərkən deyilməməli 7 kəlməni açıqlayır:
Hamısını yedin? Ağıllısan!
Uşaq elə düşünür ki, valideynləri onu yeməyinin hamısını yediyinə görə sevirlər. Ona görə də doysa və yemək dadlı olmasa belə, tərif eşitmək üçün axırıncı tikəyə qədər yeməyə çalışırlar. Bu isə uşağın həddən çox qidalanmasına və mədəsi üçün əlavə yükə səbəb olur. Bu hal əlbəttə ki, yaxşı deyil.
Bu nə cür yemək yeməkdir? 
Kişik yaşlı uşaqların motorikası və hərəkət koordinasiyası kifayət qədər inkişaf etmədiyi üçün onlar səliqəli yeməyi bacarmırlar. Əlbəttə ki, uşağı şorbanı masaya tökdüyü üçün qışqırmaq və danlamaq yox, ona səliqəli olmağı öyrətmək daha yaxşı olardı.
Hamısını yemədən masadan qalxmaq olmaz! 
Bu ifadə ancaq uşağın iştahasının və əhval-ruhiyyəsinin korlanmasına  səbəb olacaq. Buna görə də, yemək prosesi uşaq üçün bir cəzaya çevriləcək.
Pis yesən böyüməyəcəksən!
Əgər uşaqda yeməyə qarşı sevgi yaratmaq istəyirsinizsə, o zaman onu qorxutmaq yerinə ruhlandırın.
Dostun (bacın, qardaşın) bu şorbanı çox sevir. Sən niyə yemirsən? 
Uşaq bu cümləni belə başa düşür: “Başqa uşaq məndən yaxşıdır! Mən də yaxşı olmaq üçün bu şorbanı yeməliyəm!” Nəticədə uşağın özünə inamı azalır. Beləliklə də uşaq vaxt keçdikcə özünə qapana bilər.
Axıra kimi yesən, sənə konfet verəcəm.
Uşağa yaxşı yemək yediyi üçün şirniyyatla mükafatlandırmaq düzgün deyil. Bu həm də gələcəkdə bir sıra mədə-bağırsaq pozaulmalarına səbəb ola bilər.
VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı

2017-ci ildə Azərbaycanda 699 nəfər uşaqda ilk dəfə piylənmə aşkar edilib. Trend-in məlumatına görə, 18 …