Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Tibb / Təngnəfəslik zamanı hansı təbii vasitələr xeyirlidir? – HƏKİM MƏSLƏHƏTİ

Təngnəfəslik zamanı hansı təbii vasitələr xeyirlidir? – HƏKİM MƏSLƏHƏTİ

Bəzən bir neçə mərtəbə çıxdıqda və ya bir neçə metr getdikdə təngnəfəsliklə üzləşənlər olur. Şübhəsiz ki, bu, ilk növbədə, ürək-damar sistemində yaranan problemin əlamətidir. Hansı üsullardan istifadə etməklə bu sahədə olan problemi aradan qaldırmaq olar?

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova AZƏRTAC-a müsahibəsində həmin hallarla üzləşənlərin istifadə edə biləcəyi bir neçə resept haqqında məlumat verib.

Onun sözlərinə görə, heyva şirəsi, quru əncir suyu və ilıq hala gətirilmiş üzüm şirəsi təngnəfəsliyə qarşı istifadə olunan ən təsirli təbii vasitələrdir. Xörəkdə darçın işlətmək nəfəs yollarını genişləndirir, kərəviz yemək isə bu orqana faydalı təsir göstərir. Zəfəran ağciyərləri möhkəmləndirir və nəfəsalmanı genişləndirir.

O, bununla əlaqədar daha bir neçə sadə üsul haqqında danışıb: “Bir litr alma sirkəsinin içərisinə yarıya qədər şam ağacının qoz boyda təzə qozaları tökülür, 10 gün saxlanılandan sonra qozalar çıxarılır. Hazır sirkədən gündə iki dəfə səhər-axşam 1 xörək qaşığı 1 stəkan suya qarışdıraraq içilir.

Üç xörək qaşığı şam qozası üç stəkan suda dəmlənilir, gündə üç dəfə yeməkdən əvvəl bir stəkan içilir. Bu tərkibin varikoz və daxili göbələk əleyhinə təsiri də var.

Təngnəfəsliklə üzləşənlərin cirə yeməsi də faydalı hesab olunur. Onun süsən kökü ilə qaynadılıb içilməsi daha xeyirlidir. Aptek çobanyastığı da eyni təsirə malikdir.

Badam yağını bal, mum və gül yağı ilə qarışdırıb istifadə etmək, eləcə də təzə süd içmək məsləhətdir. Bu sahədə ən yaxşı vasitələrdən biri də dəvə südüdür”.

Həmçinin oxuyun

4 həkim dələduzluğua görə həbs olundu – İki qurum rəsmi məlumat yaydı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq 6 nəfərin həbs edilməsi barədə məlumat yayıb. …