Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Tibb / Siqaret çəkən valideynlər, uşaqlarınızı öldürürsünüz

Siqaret çəkən valideynlər, uşaqlarınızı öldürürsünüz

ABŞ tədqiqatçılarının araşdırmalarına görə, siqaret çəkən valideynlərin yanında böyüyən uşaqların gələcəkdə ciddi ağciyər xəstəliklərindən ölmə riski daha yüksəkdir.
Araşdırma 70 min 900 siqaret içməyən kişi və qadın üzərində, ABŞ Xərçəng Dərnəyi tərəfindən aparılıb.
Tədqiqatçıların fikrincə yetkin yaşında ölən hər 100 min nəfərdən 7-si uşaq vaxtı siqaret tüstüsünə məruz qalanlardır. Onlar uşaqları qorumağın ən yaxşı yolunun siqareti tərgitmək olduğu söyləyirlər.
Uşaq vaxtı siqaret çəkilən mühitdə böyüyən araşdırma iştirakçılarında müxtəlif sağlamlıq problemləri üzə çıxıb.
Həftədə 10 və daha çox saat siqaret tüstüsünə məruz qalanların ürək çatışmazlığı xəstəliyindən ölüm riski 27 faiz, iflicə tutulma riski 23 faiz, xroniki ağciyər xəstəliyinə tutulma riski isə siqaret çəkməyənlərlə müqayisədə 42 faiz daha çoxdur.
İştirakçıların həyatları boyunca siqaret tüstüsünə məruz qalmaları araşdırılıb, daha sonra isə onların sağlamlıqları qarşıdakı 22 il ərzində müşahidə edilib.
İlngilktərə Ağciyər Vəqfinin həkimi Dr. Nik Hopkinson passiv siqaret çəkməyin uşaqlıqda qalıcı təsirə məruz qaldığını bildirib.
O, təəssüflə bildirib ki, siqareti tərgitmə ilə bağlı xidmətlərin sayı getdikcə azalmaqdadır.
Valideynləri siqaret çəkən uşaqlarda astma və ağ ciyərin zəif inkişafı müşahidə edilir. (bbc)

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …