Cümə , Dekabr 14 2018
Ana səhifə / Tibb / Sınıqçıların təyin etdiyi müalicə yolları fəsadlara yol açır – VİDEO

Sınıqçıların təyin etdiyi müalicə yolları fəsadlara yol açır – VİDEO

Burxulma,çıxıq, sınıq…

Belə hadislər baş verən zaman bəzi insanlar həkimdən qabaq sınıqçı axtarır.

Mingəçevirdə yaşayan Sərvan Soltanov uzun illərdir bu işlə məşğul olduğunu deyir. O, atasından öyrəndiyi işi bu gün səhvsiz icra etdiyini iddia edir.

Sınıqçının sözlərinə görə, ona həm yaşlı, həm də gənclər müraciət edir. Sərvan Soltanov daha ağır vəziyyətdə olan xəstələri yoxlanış üçün rentgen müayinəsinə göndərdiyini də bildirir. Bundan sonra isə özünün hazırladığı məlhəmlərdən istifadə etməklə əl, ayaq və digər nahiyyələrdəki çıxıq, sınıq və əzikləri müalicə edir.

Yaşlı nəslin nümayəndələri isə həkimdən daha çox sınıqçıya inadıqları üçün bura gəldiklərini deyirlər.

Sınıqçıya gördüyü işin müqabilində isə 3-5 manat ödəniş edilir.

Cəlilabad rayon Uzuntəpə kənd sakini Seyidağa Əliyev isə deyir ki, o, bu işi babasından öyrənib. Bu sahə üzrə heç bir təhsili olmasa da, onun yanına gələnlər az deyil.

Sınıqcının sözlərinə görə, indiyə kimi müraciət edənlərdə hər hansı bir ciddi narahatlıq olmayıb.

Həkimlər isə bildirir ki, bu cür sınıqçılara müraciət edib onlardan şəfa diləmək çox təhlükəlidir. Çünki həkim olmaq üçün ən azı 10 ildən yuxarı təhsil alınır.

Səhiyyə Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki, sınıqçılara müraciət etmək düzgün deyil. Onların təyin etdiyi müalicə və bərpa yolları bəzən fəsadlara yol açır.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı

2017-ci ildə Azərbaycanda 699 nəfər uşaqda ilk dəfə piylənmə aşkar edilib. Trend-in məlumatına görə, 18 …