Cümə axşamı , Yanvar 24 2019
Ana səhifə / Tibb / Seksual asılılıq xəstəlik kimi qəbul edildi

Seksual asılılıq xəstəlik kimi qəbul edildi

Seksual asılılıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlik kimi qəbul edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu xəstəlik zamanı həkim diaqnozunun qoyulması və müəyyən müalicənin tətbiq edilməsi nəzərdə tutulub.

Belə ki, ÜST obsesiv-kompulsiv seksual davranışları psixi pozğunluq kimi qəbul edərək, xəstəliklər siyahısına əlavə edib.

“Ancaq biz hesab edirik ki, hazırkı vəziyyətdə seksual davranışların pozğunluğu insanlarda narkomaniya və alkoqolizmdən əziyyət çəkən xəstələrdə müşahidə edilən əlamətlər kimi müşahidə edilir” – deyə ÜST eksperti Cefri Ridd bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklər kataloquna cinsi asılılığın daxil edilməsi, bu xəstəliyə tibbi müayinənin təyin edilməsi, müvafiq müalicə təyin edilməsi və müvafiq tibbi sığortanın bağlanması üçün əsas yaradacaq.

VIPedu.BIZ

Həmçinin oxuyun

Artıq çəkili insanların beyni daha kiçik olur

İngiltərəli alimlər uzun müddət apardıqları araşdırmaların nəticələrini açıqlayıblar. Belə ki, alimlər ortalama 55 yaşı olan …