Sarımsağın faydaları – bəs qoxusunun qarşısını necə almalı…

Sarımsaq və soğanı çoxlarımız xoşlayırıq. Təbii ki, hər iki məsul insan orqanizmi üçün çox xeyirli, təbii müalicəvi və profilaktik vasitədir. Xüsusən də qış mövsümündə və hazırda virusların yayıldığı bir zamanda hər kəs bu məhsullardan istifadə etməyə çalışır. 

Lakin onların yaratdığı qoxu, bizim bu məhsullardan imtina etməyimizə gətirib çıxarır. Xüsusən də məlum olduğu kimi sarımsaq yeyən insanın nəinki ağzından, hətta bədənindən də onu iyi gəlir.

Bəs sarımsaq və soğanın qoxusundan necə qurtulmaq olar?

İlk öncə sarımsağın faydalarını xatırladaq. Məlum olduğu kimi sarımsaq ta qədimdən dərman üsulu kimi istifadə edilib.

Картинки по запросу Sarımsak

Belə ki, sarımsaq qan damarlarının gərginliyi azaldır və qan təzyiqi səviyyələrini normallaşdırır, əzələlərə müsbət təsir edir. İtalyan alimləri müəyyən etmişlər ki, sarımsaq, soğan zəngin bir bitki olduğu üçün xərçəng riskini azaldır. Ancaq sarımsağı bişirilmiş halda yox çiy halda daha keyfiyyətlidir, bişirdikdə isə 45 saniyədən çox bişirmək olmaz əks halda tərkibindəki vitaminlər məhv olur. Bu məhsul ürək xəstəliklərində də faydalıdır. Məlum məsələdir ki, xolesterin ürək divarları qalınlaşmasını artırır. Sarımsaq isə qan damarlarının divarlarını tənzimləyir. Xlosteronun artması qan təzyiqi və infarkta gətirib çıxara bilər. Bunun üçün tez-tez sarımsaq yeyilməsi tövsiyə edilir.

Картинки по запросу Sarımsak koku

Lakin qeyd etdiyimiz kimi, sarımsaqdan istifadə etdikdə, qoxu yaranır. Ekspertlər qeyd edir ki, bunun səbəbi sarımsağın tərkibində olan xüsusi maddələr – tiosulfidlərdir. Bu maddələr həzm sistemində parçalanmır və qana sovrulur. Qan ağ ciyərlərdə karbon qazından azad olunur və oksigenlə zənginləşir. Buna qaz mübadiləsi deyilir. Məhz bu qaz mübadiləsi nəticəsində ağızdan sarımsaq iyi gəlir. Beləliklə, bu iy, insanların əksəriyyəti fikirləşdiyi kimi, mədədən deyil, ağ ciyərdən gəlir. Həmçinin iy tərlə və sidiklə ifraz olunur.

Картинки по запросу Sarımsak koku

Bəzi ekspertlər cəfəri, nanə, reyhan kimi müxtəlif vasitələrin bu qoxunun qarşısını aldığını deyir. Lakin məlum olduğu kimi bu vasitələr heç də yetərli deyil. Ekspertlər qeyd edir ki, əsasən süd məhsulları, o cümlədən qatıq, ayran, kefir sarımsağın iyini neytrallaşdıra bilir. Bu səbəbdən sarımsaq yedikdən sonra süd və süd məhsulları qəbul etmək lazımdır. Bu zaman xoşagəlməz iydən qurtulmaq mümkündür.

Картинки по запросу soğan

Soğana gəldikdə isə bu məhsulun xərçəng, böyrək xəstəliklərinə çox ciddi təsir göstərdiyi artıq məlumdur. Təbii ki, qoxusu gəlsə də, soğanın yeyilməsi çox faydalıdır. Bu məhsul həmçinin bronxit və öskürəyə qarşı təsirlidir, bəlğəm sökdürücü bir xüsusiyyət daşıyır. Ayrıca soğanın içində olan sistetin maddəsi bir çox bəlğəm aparıcı dərmanın ana maddəsidir. Öskürək üçün əzilmiş soğan, su və bal qarışdırılaraq təbii bir dərman əldə edilə bilər.

Soğan, ağız və diş sağlığında sıxlıqla istifadə edilir. 2-3 dəqiqə qədər tapdalanan çiy soğan, ağızdakı mikrobları öldürməyi təmin edir, ağız yaralarını aradan qaldırır.

Картинки по запросу soğan

Xərçəng hüceyrələrinin yox olmasını köməkçi olur. Ehtiva etdiyi kuersetin maddəsi, sidik kisəsində xərçəngə səbəb ola biləcək zəhərli maddələri əmərək xərçəng riskini azaldar. Xüsusilə siqaret çəkənlər tərəfindən xərçəngdən qorunmaq üçün bolca qəbul edilməlidir. Həmçinin soğan dişlərin sağlam qalmasına təsir edir. Lakin qeyd etdiyimiz kimi, sarımsaq kimi soğanının da qoxusu gəldiyi üçün bir çox hallarda ondan imtina edirik. Qoxusunun aradan qaldırılmasına gəldikdə isə ekspertlər qeyd edir ki, cəfəri çeynəmək, süd içmək bu qoxunu aradan qaldıra bilir. Dişləri fırçalamaqla da soğan qoxusunu aradan qaldırmaq mümkündür. Lakin qoxu mədədən gəldiyi üçün bu üzül çox da keçərli olmur. Ona görə də cəfəri və süddən istifadə edilməsi tövsiyə olunur. (Musavat.com)