Şənbə , Fevral 16 2019
Ana səhifə / Tibb / Qənirə Paşayeva əməliyyat olundu

Qənirə Paşayeva əməliyyat olundu

Millət vəkili Qənirə Paşayeva Türkiyədə əməliyyat olunub.

Bu barədə məlumatı əməkdar artist Aybəniz Haşımova sosial media hesabında qeyd edib.

Aybəniz Haşımova millət vəkili ilə fotosunu paylaşaraq, onun sağlamlığında olan problem səbəbindən əməliyyat olduğunu bildirib:

“Mən bilmirəm ona necə xahiş edim ki, özünü qorusun. Bir dəqiqəsi belə boş olanda onu insanlara xərcləyən, onların dərdlərinə yanan, harayına qaçan, amma özünü bir an belə düşünməyən təvazökar, zəhmətkeş, insanpərvər bacım. Axı siz birinə bir şey olanda hamımızdan öncə qaçırsınız o adamın harayına. Niyə özünüzün canınız ağrıyanda, yaxud da əməliyyata düşəndə bizim xəbərimiz yoxdur?!

Bir daha insanlığınızın ali nümunəsini anlatdınız. Allah sizi heç vaxt dara salmasın. Siz Azərbaycana gərəksiniz. Yastığınız yüngül olsun”.(kult.az)

Həmçinin oxuyun

Dərman mafiyası” işində məhkəmə qərarı – Generalın həbs olunması tələbi rədd edildi

Dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslər hakim önünə çıxarılıb.Musavat.com xəbər verir ki, onlar …