Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Tibb / Orqan transplantasiyası üzrə tanınmış həkim Mərkəzi Neftçilər Xəstəxanasından çıxdı

Orqan transplantasiyası üzrə tanınmış həkim Mərkəzi Neftçilər Xəstəxanasından çıxdı

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi tutduğu vəzifədən ayrılıb.
Bu barədə Azinforum.az-a M.Kazımi məlumat verib. O qeyd edib ki, işdən öz ərizəsilə ayrılıb:
“2008-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında könüllü fəaliyyətə başlamışdım. İndi də könüllü olaraq işdən ayrıldım”.
M.Kazımi sentyabrın 19-dan etibarən Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətinə davam etdiyini açıqlayıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

3 saylı poliklinikada rüşvət videoları yayılıb

15 yanvar 2008-ci ildə Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı qərarla həmin il fevralın 1-dən Səhiyyə …