Cümə , Aprel 19 2024
Ana səhifə / Tibb / Körpələrin taleyi ilə oynayan “Facebook həkimləri”

Körpələrin taleyi ilə oynayan “Facebook həkimləri”

Son zamanlar müxtəlif sosial şəbəkələrdə “tibbi məsləhət” qrupları yaradılıb.

Bu səhifələrdə xüsusən uşaqların səhhəti ilə bağlı valideynlərə “tibbi məsləhətlər” verilir. Tanınmış pediatr Vaqfi Qarayev hesab edir ki, bu cür insanlar tibbdən uzaqdır. Cebhe.info xəbər verir ki, Vaqif Qarayev bu barədə özünün facebook səhifəsində yazıb: “Burda bir qrup var- tibbdən uzaq insanlar müxtəlif problemlərlə bağlı həkimlərdən məsləhət istəyirlər.

Açıq qrupdu. Maraqlı mənzərə alınır…Bütün günü həkimləri söyənlər anginaya qarın ağrısı dərmanı məsləhət görürlər, israrla “həkimə getmə” deyirlər. Körpə uşaqlara verilən “məsləhətlər” çox təhlükəlidir!”. V.Qarayev valideynlərə müraciət edib: “Hörmətli valideynlər! Dünyanın heç yerində uşaqlar virtual müalicə, məsləhət  almır. Ən pis halda öz həkiminizlə əlaqə saxlayın, yoxsa nəticələr xoşagəlməz olacaq!”. 

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …