Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Tibb / ”Deputatın həkim qızı əməliyyatda iynəni xanımımın qarnında unudub”

”Deputatın həkim qızı əməliyyatda iynəni xanımımın qarnında unudub”

Müşfiq Əsədov: ”Həkim səhvinə görə az qala yoldaşım ölmüşdü”

“Deputatın qızı həyat yoldaşımı əməliyyat etdi. Yoldaşım Vüsalə Abdullayeva düz iki il özünə gələ bilmədi. Sonda məlum oldu ki, iynə bağırsağında yaddan çıxıb qalıb. Çıxaranda isə gec oldu, həkimlər daha ana ola bilməyəcəyini söylədilər. Deputat qızı isə deyir ki, get hara istəyirsən müraciət et, mənim arxam sağlamdı, heç kim dəyib-toxuna bilməz”.

Daha övlad sahibi ola bilməyəcəyik

Sabirabad rayon sakini Müşfiq Əhədov belə deyir. Bildirir ki, söhbət Sumqayıt şəhərindən olan deputat Mirzəcan Xəlilovun qızı Günay Xəlilovadan gedir:

“Xanımımın elə çox yaşı yoxdur. Elə ilk uşaqda başımıza bu iş gəldi. Bundan sonra daha övlad sahibi ola bilməyəcəyik. Hamısı da bisavad həkimin ucbatından. Məsələ burasındadır ki, heç peşmanlığını da ifadə etmir. Özünü elə aparır ki, elə bil iynəni həyat yoldaşımın qarnında unutduğu üçün biz bundan üzr istəməliyik”.

Gərək işə baxmaları üçün həyat yoldaşım ölərdi?

M.Əhədov deyir ki, əməliyyat 2016-cı ildə baş tutub. 2018-ci ilədək həyat yoldaşının günü-gün olmayıb. Tez-tez allergiya olub, hərarəti qalxıb, halsızlıq, yorğunluq hiss edib:

“İllərcə biz onu allergiyaya görə müalicə etdirmişik. Sonda Bakıdakı klinikalardan birinə apardıq. Ultrasəs müayinə zamanı məlum oldu ki, qarnında böyük parça bir iynə qalıb. Fotoları da var, baxa bilərsiniz. Diaqnoz, əməliyyatla bağlı bütün sənədlər var. Elə bu sənədləri götürüb Bakı Şəhər Baş Prokurorluğuna müraciət etdik. Prokurorluq da işi aidiyyatı olaraq Sabiraqbad Rayon Prokurorluğuna yönləndirdi. Daha bilmirəm nə oldu, necə oldu, “işdə cinayət tərkibi yoxdur” deyib, işi qapatdılar. Anlamıram, gərək işə baxmaları üçün həyat yoldaşım ölərdi? Onda cinayət tərkibi olacaqdı? Bəs onun illərlə aldığı müalicə, çəkdiyi əziyyətlərin cavabını kim verəcək?”

Prokurorluq işi araşdırmadı, bağladı

Müşfiq Əsədov deyir ki, iynənin qarnında qalmasından yoldaşının qarnında yara əmələ gəlib. Hələ də müalicə olunur, müalicələri bitməyib:

“Bu işdə bizə dəyən ziyan çox ağırdır. İllərlə müalicə, çəkilən əziyyət azmış kimi bir də heç vaxt yenidən ana ola bilməyəcək. Günay Xəlilova bunun cavabını vermək yerinə, deputat atasını göstərərək deyir ki, mənə heç nə edə bilməzsiniz. Elə düz də deyir. Faktiki olaraq prokurorluq işi araşdırmadı, bağladı. İndi hazırlaşıram məhkəməyə müraciət edim. Ümid edirəm ki, məhkəmə işə ədalətli yanaşacaq. Mən özyanımdan danışmıram. Əlimdə dağ kimi sənədim, sübutum var”.

Anlamıram e, vətəndaş məndən nə istəyir?

Meydan TV məsələyə münasibət öyrənmək üçün Günay Xəlilova ilə əlaqə saxlayıb. G. Xəlilova Müşfiq Əhədovun nə istədiyini bilmədiyini söyləyib:

“Adam Səhiyyə Nazirliyinə müraciət etdi, prokurorluğa şikayət verdi. Alınmadı, indi mediaya gileylənir? Nə istəyir, anlamıram. Belə bir hadisə olub-olmayıb, söhbət bundan getmir. Məsələ odur ki, adam nə istəyir, dərdi nədir?

Nazirlik: “Hadisədən xəbərsizik”

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə məsələdən xəbərsiz olduğunu söyləyib:

“Sırf bu hadisədən xəbərsizəm. Amma belə hallar bütün dünyada baş verir. Ancaq həqiqətən belə bir hadisə olubsa və bununla bağlı nazirliyə müraciət edilibsə, cavabsız qala bilməz”.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Gec yeməyin fəsadı: Ölümə aparan 2 təhlükə

Gec yeməyin fəsadı təkcə artıq çəki deyil, həm də ürəkdə yaranan problemlərdir.  Belə ki, Kolumbiya …