Depressiyadan əziyyət çəkənlər ən çox bu sözləri işlədirlər

Ekspertlər depressiyadan əziyyət çəkən insanlar tərəfindən ən çox hansı sözlərin istifadə edildiyini öyrəniblər.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, eksperiment zamanı müasir texnologiyaların köməyi ilə forumlarda, sosial media postları və onlayn gündəliklərdə olan minlərlə mesaj analiz edilib. Ən ümumi sözlər, eləcə də leksik müxtəliflik, cümlələrin uzunluğu, tipik qrammatik konstruksiyalar və digər parametrlər qiymətləndirilib.

Depressiya xəstələri “tək”, “kədərli” və “acınacaqlı” kimi mənfi emosiya ilə əlaqəli sözlərdən çox istifadə edirlər. Eyni zamanda onlar daha çox “mən” əvəzliyini işlədirlər. Tədqiqatçıların fikrincə, bu, depressiyanın əlamətidir.

Alimlər ümid edirlər ki, depressiyalı insanları müəyyənləşdirmək və onların problemlərini təsnif etmək üçün kompyuterlərdən də istifadə etmək olar. Beləliklə, potensial intiharları tapmaq planlaşdırılır.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada təxminən 300 milyon adam depressiyadan əziyyət çəkir.

Zdrave universal kremi zdrave forte