Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Tibb / Dəfnə yarpağının möcüzəvi faydaları…

Dəfnə yarpağının möcüzəvi faydaları…

İnsan orqanizmi üçün olduqca faydalı olan dəfnə yarpaqlarından şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunur. Müasir kulinariyada az xörək tapmaq olar ki, onun içinə dəfnə yarpağı atılmasın. Lakin dəfnə yarpağının istifadə sahəsi bunlarla məhdudlaşmır. Ondan təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edilir.. Əldə edilən yağı antiseptik xüsusiyyətə sahibdir.
Dəfnə yarpaqları ilə hazırlanan vanna gərginlik və ağrılara yaxşı təsir edir. Əsas da revmatizma ağrılarını sakitləşdirir. Dəfnə yağı dəfnə ağacının zeytuna bənzəyən meyvəsindən çıxarılır və bundan hazırlanan sabun saç və dəri üçün effektiv vasitədir. Bu yağ sabun istehsalında da istifadə olunur.
Dəfnə sabunu saç diblərindəki məsamələri açır və saç dibində olan qaşınmaları aradan qaldırır. Bu yağdan adətən üz qulluğu üçün istehsal olunmuş kosmetik vasitələrdə istifadə olunur. Quru dərini nəmləndirir. Hamilələrin istifadə etməsi təhlükəlidir. Dəfnə yağı allergiyaya səbəb ola bilər.
Zəhərli dəfnə növləri olduğu üçün hansı növünün istifadə edildiyindən əmin olmaq lazımdır. Yaban dəfnəsi, Ərəbistan dəfnəsii kimi növləri zəhərlidir.
Dəfnə yarpaqlarından qidalarda da istifadə olunur. Borş kimi yeməklərrə dəfnə yarpağı atdıqda özünəməxsus dad verəcək. Bundan başqa xanımlar, turşu bağlamalarında da dəfnə yarpaqlarından istifadə edirlər.

Həmçinin oxuyun

Təngnəfəslik zamanı hansı təbii vasitələr xeyirlidir? – HƏKİM MƏSLƏHƏTİ

Bəzən bir neçə mərtəbə çıxdıqda və ya bir neçə metr getdikdə təngnəfəsliklə üzləşənlər olur. Şübhəsiz …