Cümə , Dekabr 14 2018
Ana səhifə / Tibb / Cərrah alim oldu – Təbrik

Cərrah alim oldu – Təbrik

Bugünlərdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi, xəstələrin ümid yeri, tanınmış cərrah Asəf Fərzəliyevlə  bağlı aldığımız xoş müjdə onu tanıyan hər kəsin sevincinə səbəb oldu. Gözəl ziyalı, savadlı tibb işçisi, daim xəstələrin sağlamlığı keşiyində yorulmadan şərəflə, əzmlə dayanan qabiliyyətli, təcrübəli cərrah Asəf Vahid oğlu Fərzəliyev bugünlərdə haqq etdiyi şərəfli ada tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Biz də “Avropa” İnformasiya agentliyi olaraq, kollektivimiz adından yüksək təəssüratla doktor Asəf Fərzəliyevi bu möhtəşəm , şərəfli ada layiq görülməsi münasibətilə səmimi  qəlbdən təbrik edir, bir alim kimi gələcək elmi-praktiki fəaliyyətində ona  yeni-yeni uğurlar arzulayırıq !!!

R Ö V Ş Ə N MAYILOĞLU
“AVROPA” İNFORMASİYA AGENTLİYİ

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı

2017-ci ildə Azərbaycanda 699 nəfər uşaqda ilk dəfə piylənmə aşkar edilib. Trend-in məlumatına görə, 18 …