Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Tibb / Bu meyvələr sizi ölümə apara bilər – VİDEO

Bu meyvələr sizi ölümə apara bilər – VİDEO

ARB TV-nin “Günə doğru” verilişində zəhərli meyvələr haqda sujet yayımlanıb.

Ötən ayın əvvəllərindən başlayaraq müxtəlif ticarət mərkəzində qablaşdırılmış alça, çiyələk, ərik kimi meyvələrə rast gəlirik. Satıcılar bildirir ki, sözügedən meyvələrin bəziləri yerli bəzilər xarici ölkələrdən gətirilib. Mövsümdən əvvəl yetişdirilməsinə gəlincə onlar bu haqda məlumat yoxdur.

Yerli təsərrüfatçılar bildirir ki, bölgəmizdə hazırda satılan meyvələrdən alça indi yetişməyə başlayıb ərik və çiyələk isə hələ ki kütləvi satışa çıxarılacaq qədər yetişməyib. Satışda olan məhsullara gəlincə onlar istixanalarda xüsusi kimyəvi perparatlarla yetişdirilən meyvələrdir.

Mütəxxəsislər bildirir ki, təbii yolla yetişdirilən çiyələk və alça sağlamlığa faydalıdır vitamin və mikroelementlərlə zəngin olan bu giləmeyvələr diş əti, mədə-bağırsaq, ürək qan-damar, tənəffüs sistemi problemlərinə qarşı təsiredici qüvvəyə malikdir. Lakin xüsusi dərmanlarla hazırlandıqda mədə-bağırsaq sistemini pozur, allergik problemləri kəskinləşdirir.

Nazir Adilov (həkim) : “Kimyəvi maddələrdən çox istifadə etdikdə, yaxud da ki həmin məhsullar yuyulmadıqda xəstəliklər baş verir. Belə olanda həmin xəstələrin mədəsi yuyulur, müalicə edilir”.

Hazırda satışda olan çiyələk və alçanı xüsusi ilə uşaqlara vermək tövsiyyə olunmur. Uşaq orqanizmi üçün faydalı olan bu meyvələri mövsümündə yemək lazımdır. Əks halda azyaşlıların səhhətində problemlər yarana bilər.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …