“Bakirəlik bazarı” – QİYMƏTLƏR

Azərbaycanda tabuya çevrilmiş mövzulardan biri də bakirəlikdir. Demək olar ki, milli mentalitetin təməli qadınların bakirəliyi üzərində qurulub. Ancaq maraqlıdır ki, bu vəziyyət ölkədə yeni bir bizness sahəsinin yaranmasına gətirib çıxarıb. Belə ki, bu gün bir çox gənc qız toydan əvvəl bakirəliyi rahat şəkildə bərpa etdirə bilir. Bakıda bəzi ginekoloqlara zəng etdikdə, “bakirəliyi bərpa edərsizmi”, sualına aldığımız cavab “hə” olur.
Bir neçə klinika və ginekoloqla əlaqə saxladıq:
“Medilux” klinikasından bildirdilər ki, bu barədə məlumat almaq üçün öncə həkimə yaxınlaşmağımız lazımdır:
“Bunun üçün həkimə yaxınlaşın. Telefonla bu haqda məlumat verə bilmərik”.
Qiymətləri öyrənmək istədikdə isə fərqli cavab verildi:
-Yoxdur
-Nə yoxdur?
-Yoxdur da
-Bakirəlik bərpa edilmir?
-Xeyr, edilmir
9 saylı Qadın Məsləhətxanasının həkimi, ginekoloq Qulsaba Musafayeva isə bu proseduru həyata keçirir. Həkimin köməkçisi bizə bu haqda məlumat verdi:
“Toyaqabağıdırsa qiymət 500 manatdır. Bu zaman gərək ki, toydan bir-iki gün qabaq müraciət edəsiz. 5-7 gün qabaq müraciət etmək olmaz. Çünki müvəqqəti “bərpa” olacaq. Lakin həmişəlik bərpa etmək istəyirsizsə, o zaman 1200 manat ödəməli olacaqsız”.
Ginekoloq Rəna Qədimova qiymətləri açıqlamasa da bu proseduru həyata keçirdiyini gizlətmədi:
“Gəlməlisiz, baxılmalıdır, hardan “naruşeniya” olub, vəziyyət necədir. Bunu bildikdən sonra qiyməti deyəcəyik”.
Lakin bu prosedur əslində qanunvericilik tərəfindən qadağan edilir.
Bu barədə Respublikanın baş ginekoloqu, Perinatal Mərkəzin baş həkimi Sevinc Məmmədova Sfera.az-a açıqlamasında bu barədə danışıb:
“Qanunvericiliklə bakirəliyin bərpası cinayət məsuliyyəti yaradır və buna görə də həkim məsuliyyət daşıyır. Yalnız tibbi məhkəmə ekspertiziyanın rəyi verildikdən sonra bakirəliyi bərpa etmək olar. Əks halda bu mümkün deyil. Bəzi həkimlərin bakirəliyi bərpa etməsi ilə bağlı reklamlar gedir. Bu cür reklamlar da qeyri-qanunidir. Bu vaxtadək də dəfələrlə bu məsələ ilə bağlı bir çox həkimlərə cinayət işi açılıb. Belə hallar tez-tez olur”.
Zdrave universal kremi zdrave forte