Cümə , Aprel 19 2024
Ana səhifə / Tibb / Azərbaycanda doğuş zamanı körpənin ölməsinin ilkin səbəbi açıqlandı

Azərbaycanda doğuş zamanı körpənin ölməsinin ilkin səbəbi açıqlandı

“Hamilə, 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim xəstəxanaya 6.20 —də daxil olub. Doğuş saat 18.30 —da baş verib. Uşaq ölü doğulub. Körpənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb”.

Bu barədə Sputnik Azərbaycan-a Xaçmaz Regional Perinatal Mərkəzin baş həkimin müavini Lətif Abbasov məlumat verib. O, bildirib ki, Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyindən cavab gəlmədiyi müddətdə uşağın ölümünün səbəbini demək mümkün deyil.

“Doğuşa qədər uşaq müayinələrdən keçib və sağ olub. Doğuşun gedişatı zamanı müəyyən olunub ki, uşağın boynuna göbək ciyəsi dolanıb. Ölümün ilkin səbəbi kimi ana bətnində boğulma baş verdiyini demək olar. Amma konkret nəticə ekspertiza rəyindən sonra məlum olacaq” – deyə həkim bildirib.

L. Abbasovun sözlərinə görə, doğuş qadının ilk doğuşu olub: “Qeyd etdiyim kimi, xəstə 6.20-də daxil olub və 18.30-da doğuş olub. Birinci doğuşlar adətən uzun çəkir. Hər şey vaxtında olub”.

Həkim bildirib ki, qadın özü doğub (qeysəriyyə əməliyyatı olmadan – red.) və hazırda vəziyyəti stabildir. Həyatı üçün heç bir təhlükə yoxdur.

Xatırladaq ki, dünən axşam saatlarında Xaçmaz Perinatal mərkəzində körpə ölümü baş vermişdi.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …