Bu barədə Respublika Endokrinoloji Mərkəzindən məlumat verilib.

2017-ci ilin statistik məlumatlarına əsasən, Azərbaycanda 300 nəfərə yaxın cırtdanboylu insan var. Cırtdanboyluluqla bağlı respublika üzrə 147 kişi və 124 qadın qeydiyyatdadır. Bu kateqoriyaya daxil olan kişilərdə boyun uzunluğu maksimum 130, qadınlarda isə 120 sm olur. Ümumilikdə isə respublikada cırtdanboyluluq üzrə rəqəmin qeydiyyatda olanlardan 2 dəfə çox olduğu güman edilir.

Endokrinoloq Fərhad Burzu deyir ki, əgər vaxtında müalicə edilərsə, boyu artırmaq və hansısa nəticəyə nail olmaq mümkündür. Lakin bu, bahalı müalicə hesab edilir, xərclər təxminən bir neçə 100 manatdan başlayır.

Respublika Endokrinolojı Mərkəzinin məlumatına əsasən, qısaboyluluqla bağlı regionlarda vəziyyət daha acınacaqlıdır. Tam dəqiq statistika olmasa da, Zaqatala, Balakən, Masallı və Lənkəran rayonlarında cırtdanboylu insanların sayının çox olduğu müşahidə edilir. Endokrinoloqlar hesab edirlər ki, bu sahədə xəstələrə dovlət tərəfindən yardım mütləqdir.

Vaxtında müalicə alan şəxslər işləyərək gələcəkdə özlərini təmin edə, eyni zamanda cəmiyyətdən təcrid olunmadan həyatlarına davam edə bilərlər.