Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Tibb / Azərbaycanda böyrək köçürülənlərdən 30 nəfəri 33 yaşındadır – RƏSMİ

Azərbaycanda böyrək köçürülənlərdən 30 nəfəri 33 yaşındadır – RƏSMİ

2017-ci il dekabrın 1-nə olan məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasında74 böyrək, 7 qaraciyər köçürülməsi həyata keçirilib.

Bu haqda Modern.az-a Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının “Cərrahiyyə və orqan transplantasiyası” bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.

Cərrahın sözlərinə görə, böyrək köçürülən xəstələr əsasən gənc yaşdadırlar:
“Onlardan ən kiçikləri 2008 (1 nəfər), 2010 (2 nəfər), 2012-ci il (1 nəfər) təvəllüdlü uşaqlardır. Onu da qeyd edim ki, böyrək köçürülənlər əsasən cavanlardır. Ümumi xəstələrdən 30 nəfəri 1984-cü il, 20 nəfəri 1992-1994-cü illər və təxminən 10 nəfəri də 1971-ci ildəndir. Qalan az sayda xəstələr 1958, 1960 və 1966-c ildəndir”.

M.Kazımi deyib ki, qaraciyər köçürülən xəstələrdən ikisi uşaqdır:
“Onlardan biri 2000-ci ildən, digəri 2008-ci ildəndir. Qalanları 1954, 1960, 1963, 1972 və 1974-cü ildəndir”.
Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda indiyədək 356 böyrək, 110 qaraciyər köçürülməsi həyata keçirilib.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …