Şənbə , Aprel 20 2024
Ana səhifə / Tibb / Azərbaycanda 310 gəncdə bədxassəli şiş aşkarlanıb

Azərbaycanda 310 gəncdə bədxassəli şiş aşkarlanıb

2017-cı ildə həyatında ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayı 467,1 min nəfər və ya əhalinin hər 10 000 nəfərinə hesabı ilə 1834 nəfər olub, dispanser qeydiyyatında olan xəstələrin sayı isə əhalinin hər 10 000 nəfərinə hesabı ilə 1193 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ümumi xəstələnənlər arasında gənclərin xüsusi çəkisi az olsa da, bu problem ölkəmizdə hələ də mövcuddur.

Belə ki, 2017-cı ildə 14-29 yaşlı gənclərin 1542 nəfərində aktiv vərəm, 310 nəfərində isə bədxassəli şiş xəstəliyi aşkar edilib və bu yaşda olan əhalinin hər 100 000 nəfərinə müvafiq olaraq 61 və 12 nəfər xəstə düşüb. Bədxassəli şiş xəstəliyi aşkar edilən gənclərdən 157 nəfəri kişi,153 nəfəri qadındır. Onlardan 14-17 yaşda olanların sayı 31, 18-29 yaşda olanların sayı isə 279-dur.

Aktiv vərəm diaqnozu qoyulan gənclərdən 986 nəfəri kişi, 556 nəfəri qadındır. Onlardan 234 nəfəri 14-17 yaşda, 1306 nəfəri isə 18-29 yaşda olan gənclərdir.

Ümumilikdə ötən il ilk dəfə sifilis diaqnozu qoyulan 14-29 yaşlı gənclərin sayı 306 olub,onlardan 211 nəfəri kişi,95 nəfəri qadındır. Eyni zamanda 2017-cı ildə gənclərin hər 100 000 nəfərindən 1 nəfərinə alkoqolizm diaqnozu, 23 nəfərə isə narkomaniya və toksikomaniya diaqnozu verilib. Bəzi xəstəliklərin uzun müddət müalicəsinin aparılmasına baxmayaraq, onlar sağalmadıqda, həmin xəstəyə əlillik dərəcəsi verilir.

2017-cı ildə ilk dəfə əlil hesab edilmiş şəxslərin sayı 28,7 min nəfər olub və onların 12,6 faizini 14-29 yaşlı gənclər təşkil edib. Gənclərin əlilliyinə səbəb olan əsas xəstəliklər arasında sinir sisteminin, göz xəstəlikləri, travma və zəhərlənmələr və qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri üstünlük təşkil edir.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …