Ağrını azaldan təbii vasitələr

Dərmanlardan çox istifadə sağlamlığa ciddi ziyan vurur. Təbiət isə şəfa axtaranların imdadına çatır. Hər ağrı zamanı ağrıkəsici istifadə edən şəxslər böyrəklərinə zərər verdiklərindən xəbərsizdirlər. Bu dərmanlar hər nə qədər xəstənin ağrısının kəsilməsinə kömək etsə də, böyrəklər üzərində müxtəlif zərərlərə yol açır. Xüsusilə uzun illər istifadə edilən ağrıkəsicilər ən çox diabet, ürək və böyrək xəstəliklərinə yol açır.

İsveçrədə Bern Universitetində professor Peter Juninin başçılığı ilə bir qrup tərəfindən həyata keçirilən araşdırmaya görə, ağrıkəsici həbləri ürək tutması və iflic riskini artırır.

Ağrıkəsici dərmanlar diqqətli bir şəkildə istifadə olunmalıdır və hər hansı bir ağrıda həkimlə məsləhətləşmədən içmək düzgün deyil.

Ailem.az təbii yollarla ağrınızı kəsməyin yollarını sadalayır. Diş, mədə, baş, əzələ, qol, ayaq və sair ağrılarından qurtulmaq üçün təbii ağrıkəsicilərdən istifadə edin.

Acı qırmızı bibər

Acı qırmızı bibər tərkibində olan “kapsaisin” maddəsi sayəsində qüvvətli bir ağrıkəsici olma özəlliyinə malikdir.

Badam

Böyrək, sidik yollarındakı iltihabı aparan badam baş ağrısı, qaraciyər və böyrək ağrılarını azaldır. Badam bədən və zehni yorğunluğu aparır, tərkibindəki fosfor isə sümüklərin və dişlərin möhkəmliyini artırır.

Dəfnə yarpağı

Dəfnə yarpağı menstruasiyanı nizamlayır. Artrit kimi sümük xəstəliklərinin sağalmasına kömək edir. Revmatizm, bel və qulaq ağrısına fayda verir. Sinir ağrılarını sağaldır.

Alma

Qanı və böyrəkləri təmizləyən, həzm problemlərinin idarə edilməsinə yardım edən, dəriyə parlaqlıq və gözəllik verən, xolesterolu, yüksək təzyiqi aşağı salan alma, həmçinin, baş ağrısına da fayda verir.

Xaşxaş

Həzm sistemini yaxşılaşdırır, bağırsağın işləməsinə kömək edir. Xaşxaş toxumları kalsium və fosforla bədəni təmin edərək, sümük problemlərinin yaranmasını əhəmiyyətli dərəcədə azaldır. Xaşxaş toxumları ilə hazırlanan məlhəmlər zədəli yerlərə sürtülərək ağrının azalmasına kömək edir.

Kakos

Böyrəklərdəki qum və daşların düşürülməsinə kömək edən kakos mədə ağrısını yox edir.
Kakos yağı isə sarımsaq və zeytun yağı ilə qarışdırılaraq istifadə etdikdə qulaq ağrısını aradan qaldırır.

İstiot

Həzmsizlik, şişkinlik və mədə problemlərinə kömək edən istiot həmçinin boğaz ağrılarına qarşı da faydalıdır. Bir qaşıq bal və ya bəhməzlə qarışdıraraq istifadə edildikdə boğaz ağrısı, infeksiya və faringit kimi problemləri, ağrıları azaldır.

Mixək

Bakteriyalarla mübarizə aparan mixəyin ağrını azaltma özəlliyi var. Mixək yağı anestezik (ağrıkəsici) və antiseptik (mikrob məhv edən) olaraq istifadə edilir. Diş ağrıları üçün çox faydalıdır. Bir ədəd quru mixəyi ağzınıza alıb çeynədiyinizdə diş ağrısı keçir.

Gilas

Gilas güclü bir ağrıkəsicidir. 20 gilasda 12-25 milliqram arası antosiyanin maddəsi var. Bu maddənin ağrıkəsici təsiri aspirindən on qat daha çoxdur.

İtburnu

Revmatizm ağrılarının aparılmasında istifadə edilir. İtburnu çəyirdəyindəki bir maddə bədəndəki iltihabi reaksiyanın qarşısını alır. Tərkibindəki ağrıkəsici və iltihab əleyhinə maddələri suyun içində həll olunmadığından itburnu çayının revmatizmdə bir xeyri olmur. Buna görə itburnu təzə olaraq, ya da hazır kapsullarından istifadə edilməlidir.

Banan

Ürək və əzələ sistemini qoruyan, yorğunluğa və ishala faydası olan, yuxunu tənzimləyən banan, eyni zamanda, baş ağrısına kömək edir.

Nanə

Həzm sistemini qoruyan nanə mədə ağrılarına fayda verir, bağırsaqları təmizləyir və hərəkətliliyini artırır. Əzilmiş nanə yarpaqları və ya nanə çayı baş ağrısı problemlərini aradan qaldırır. Nanə suya qarışdırılaraq içildiyində əzələ ağrılarını, yorğunluğu aparır və rahatladır.

Çobanyastığı

Kürək və bel ağrılarını götürür. Təbii sakitləşdirici olmaqla yanaşı, çobanyastığı çayı iltihab önləyicidir və baş ağrısına faydası var. Çobanyastığını nanə və zeytun yağı ilə qarışdıraraq revmatizm ağrısı olan yerə sürtərək masaj etmək faydalıdır.

Zəncəfil

Zəncəfilin ağrıkəsici xüsusiyyəti var. Zəncəfil mikrobları öldürür. Soyuqdəyməyə, qrip kimi xəstəliklərə fayda verən zəncəfil, həmçinin, baş ağrısı və menstruasiya ağrılarını azaltmaq üçün də bütün dünyada geniş şəkildə istifadə edilir.

Sarıkök

İmmunitet sistemini gücləndirən sarıkökdəki aktiv birləşmələr anti-xərçəng və anti-inflamatuar (iltihaba qarşı) özəllik daşıyır. Orqanizmdə inflamatuar hadisələri əngəllədiyindən artritin səbəb olduğu ağrıları və ya soyuqdəyməni aparmaqda təsirlidir.

Zeytun

Zeytun yağı qaraciyəri çalışdırır. Qaraciyər ağrılarını kəsir. Zeytun çəyirdəyi qırıq və çıxıqlarda ağrı kəsici rol oynaya bilir.