Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Tibb / 3 saylı poliklinikada rüşvət videoları yayılıb

3 saylı poliklinikada rüşvət videoları yayılıb

15 yanvar 2008-ci ildə Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı qərarla həmin il fevralın 1-dən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib.

Səhiyyə Nazirliyinin sözçüsü Səmayə Məmmədova deyir ki, bu qərara əsasən dövlət müəssələrində stasionar müalicə alan xəstələrin müayinə və müalicəsi pulsuz aparılır. Yalnız Diqanostika mərkəzləri və stomotoloji mərkəzlər pullu xidmətlər göstərirlər. Çünki onlar təsərrüfat xarakterlidir.

Ancaq reallıqda vəziyyət tam əksinədir. Bu gün uzun-uzadı yazmaqdansa bunu əyani olaraq göstərəcəyik.

İlk olaraq Sumqayıtdakı 3 saylı poliklinikadan başlayaq. “Youtube” kanalında bu poliklinikaya aid tərifli bir süjet var. Orda pulsuz müayinədən danışılır.

Həmin videoya da burda baxa bilərsiniz. Qalan videolarda isaə reallıq əıks olunub. Bu səhiyyə ocağında vətəndaşlardan necə pul alınması əks olunub.

Bu dövlətə və prezidentə qarşı getməkdir.

Hesab edirik ki, bu məsələ ilə həm hüquq-mühafizə orqanları həm Səhiyyə Nazirliyi ciddi məşğulk olmalıdır.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …