Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Tibb / Əllərin içi niyə qaşınır? – TƏHLÜKƏLİ SƏBƏBLƏR

Əllərin içi niyə qaşınır? – TƏHLÜKƏLİ SƏBƏBLƏR

Bu hal tez-tez təkrarlanırsa, buna mütləq diqqət edin. Bu simptom bəzi təhlükəli xəstəliklərin simptomu kimi meydana çıxa bilər.
 
1. Allergiya. Dəri krem, camaşır tozu, sabun və s. bu kimi vasitələrə allergik reaksiya verə bilər. Allergenlə təmasda olmadıqda dəri qaşınmır. Lakin təmasdan dərhal və ya bir müddət sonra yenə qaşınmağa başlayır.
2. Dəri xəstəlikləri. Bu zaman qaşınmadan əlavə dəridə quruluq, səpgilər, çatlar əmələ gəlir, dəri soyulur.
3. Böyrək xəstəlikləri. Böyrəklər filtr funksiyasını yerinə yetirərək qanı ziyanlı maddələrdən təmizləyir. Böyrəklər pis işləyəndə ziyanlı maddələr qanda yığılmağa başlayır və müxtəlif simptomların ikişafına səbəb olur ki, bu simptomlardan biri də qaşınmadır.
4. Qaraciyər xəstəlikləri. Qaşınma qaraciyər xəstəliklərinin xarakterik simptomudur. Qaraciyərin fəaliyyəti pozulanda orqanizmdə bilirubin yığılır ki, bu da qaşınmaya gətirib çıxardır. Digər simptomlar arasında: əllərin içi qırmızı olur, sidiyin rəngi tündləşir, nəcis əksinə rəngsizləşir, dəri və sekli qişalar saralır.
5. Stress.
6. Şəkərli diabet. Bu xəstəlik də qaşınmaya səbəb olur.
Əl sinirlərinin problemləri. Bu zaman həmçinin əllərdə keyimə, zəiflik, ağrılar kimi simptomlar əmələ gələ bilər. (saglamolun.az)

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …