Ana səhifə / Şou Biznes / “Zaurun verilişinə çıxdım ki, ipotekam bağlansın” – Əməkdar artist

“Zaurun verilişinə çıxdım ki, ipotekam bağlansın” – Əməkdar artist

“Deyirlər ki, Tünzalə efirdə pul yığır. Amma heç kim işin mahiyyətini bilmək istəmir”

Əməkdar artist, “Toppuş bacı” obrazı ilə sevilən aktrisa Tünzalə Əliyeva ATV telekanalında Zaur baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verlişində iştirakına görə onu qınayanlara cavab verib.
Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa AzVision.az-a bildirib ki, verilişdə müalicəsi üçün heç kimdən pul istəməyib, yalnız xahişi evininin krediti ilə bağlı olub.

“Bilmirəm, nə məqsədlə belə söhbətləri ortaya atırlar. Mən heç kimdən müalicə üçün pul istəməmişəm. Yəqin, bu sözü deyənlər verilişə baxmayan adamlardır. Durduq yerdə mənə problem yaradırlar. Efirə müalicəmə görə çıxmamışam. Onu kim yayıb, kim deyib bilmirəm. Milli Onkologiya Mərkəzi müalicəmi pulsuz edir. Zaurun verilişinə çıxmışdım ki, ipotekam bağlansın. Çünki nə zamana kimi yaşayacağıma qarantım yoxdur. Qorxuram ki, birdən dünyamı dəyişərəm, ailəm evsiz qalar. Deyirlər ki, ikinci evimin ipotekasıdır. Mən yalandan milyonların qabağına niyə çıxım ki? Birinci gün efirə çıxıb, bu məsələlərə aydınlıq gətirəcəyəm”.

Əməkdar artist sənət yoldaşlarının ona dəstək olduğunu qeyd edib: “Sənət yoldaşlarım hər gün zəng edirlər. Xalq artisti Arif Quliyev bu gün mənimlə əlaqə saxlayıb dəstək oldu. Ümumiyyətlə, tanıdığım və tanımadığım insanlardan mənəvi dəstək görürüəm. Hamısına təşəkkür edirəm”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …