Ana səhifə / Şou Biznes / Zaur müğənnilərin Tünzaləyə göndərdiyi pulun miqdarını açıqladı – VİDEO

Zaur müğənnilərin Tünzaləyə göndərdiyi pulun miqdarını açıqladı – VİDEO

ATV kanalında yayımlanan “Bizimləsən” verilişində xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva üçün xeyriyyə marafonu davam edir.
Ötən gün proqram zamanı məşhurların göndərdiyi pulların miqdarı açıqlanıb.
Məlum olub ki, “Toppuş bacı” üçün 15 min manata yaxın pul yığılıb.
Kimin nə qədər pul göndərməsinin bir-bir açıqlanması isə tamaşaçıları qıcıqlandırıb. Bəziləri Xalq artistlərinin az pul göndərməsini, bəziləri Zaurun ad çəkərək kimin nə qədər göndərdiyini deməsini qınayıb, digərləri isə heç kimin Tünzaləyə borclu olmadığını dilə gətirib.
Qeyd edək ki, Tünzalə Əliyeva “Bizimləsən” proqramına qatılandan ətrafında qalmaqallar səngimək bilmir. Ötən günlərdə Əməkdar artist Məlahət Abbasova “Bizimləsən” proqramını reytinq yığmaq xatirinə “Toppuş”a stress yaşatdıqları üçün qınamışdı.(oxu.az)

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …