Şənbə , Dekabr 15 2018
Ana səhifə / Şou Biznes / Zakir Həsənovun tapşırığına əsasən şəhid və yaralıların ailələrinə baş çəkilib – FOTOLAR

Zakir Həsənovun tapşırığına əsasən şəhid və yaralıların ailələrinə baş çəkilib – FOTOLAR

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, təsdiq olunmuş plan uyğun ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi hissələrə səfərlər, muzey və abidələrə ekskursiyalar təşkil edilib, eləcə də müxtəlif bayram konsertləri, viktorinalar, mədəni-kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilib.

Müdafiə nazirinin tapşırığına əsasən, bütün hərbi hissələrin komandanlıqları və şəxsi heyəti bayramlarla əlaqədar şəhid və yaralıların ailələrinə baş çəkib, onların övladlarına sovqatlar və hədiyyələr təqdim ediblər.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Maşın Şou”nun bütün videolarına harada baxmaq olar? – VİDEO

Dünən Azərbaycanın ən gözlənilən televiziya layihəsi olan “Maşın Şou” start götürub. Layihəyə Oxu.Az-la birlikdə Baku.tv videoportalı da informasiya …

Bir cavab yazın