Xalq artisti uğursuz estetik əməliyyatdan danışdı: “3 aydır ki, evdən çıxmıram”

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Sənubər İsgəndərli uğursuz estetik əməliyyata aydınlıq gətirib.

Aktrisa AzNews.az-a açıqlamasında bildirib ki, 3 aydır ki, onun gözündə problemlər yaranıb:

“Nə estetik əməliyyat? 3 aydır ki, evdə müalicə alıram. Yayda gözümün damarlarında problemlər yarandı. Sinir damarlarım soyuqlayıb, üzüm şişib. Bu səbəbdən də hardasa, 3 aydır ki, evdən çıxmıram”.

Qeyd edək ki, ötən gün keçirilən film təqdimatında xalq artisti Sənubər İsgəndərlinin üzündəki dəyişiklik hamının diqqətini çəkib. Bu barədə “qafqazinfo” saytı xəbər yaymışdı. Aktrisa kamera qarşısına keçməkdən və müsahibə verməkdən imtina edib. İddia olunub ki, aktrisa uğursuz estetik əməliyyat keçirib.

Inline
Inline