Ana səhifə / Şou Biznes / Xalq artisti “Maşın” realiti şouda baş verənlərdən danışdı: “Bir Azərbaycan kişisi kimi utanıb yerə girirəm”

Xalq artisti “Maşın” realiti şouda baş verənlərdən danışdı: “Bir Azərbaycan kişisi kimi utanıb yerə girirəm”

“”Maşın” realiti şouda Azərbaycan kişisinin dünyaya bu cür təqdimatına görə, bir Azərbaycan kişisi kimi utanıb yerə girirəm. Mənəviyyat getdi əldən. Yetər artıq”!
Xalq artisti, gitara ifaçısı Rəhman Məmmədov “Maşın” realiti şouda baş verən bəzi neqativ hallara laqeyd qala bilməyib və son günlərin ən reytinqli realiti şousunda yaşananlara münasibətini belə bildirib.
Qeyd edək ki, iştirakçıların bir-birinin üzünə gülüb, arxadan vurması, hiyləgər taktikalar işlətməsi tamaşaçılar tərəfindən müsbət qarşılanmır. Kişi iştirakçıların da oyunun gedişatına uyub, ata və qardaş dediyi şəxsləri gözləmədiyi halda oyundan çıxarması kişiliyə yaraşmayan hərəkət kimi qəbul edilib.(Baku.ws)

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …