Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Vəfa Şəbnəm Tovuzlunu Familə görə təhqir edib?— TƏFƏRRÜAT

Vəfa Şəbnəm Tovuzlunu Familə görə təhqir edib?— TƏFƏRRÜAT

Müğənni Şəbnəm Tovuzluyla (Əsədova) həmkarı Vəfa Şərifovanın arasındakı qalmaqalın əsl səbəbi bəlli olub.

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, iki xanım sənətçi arasındakı qalmaqala səbəb bir müddət öncə adı mətbuatda hallanan Famil adlı şəxsdir. Belə ki, Famil illər öncə Ş.Tovuzluyla vətəndaş nikahında yaşayıb və sonradan münasibətlər gərginləşdiyindən onlar ayrılıblar. Bir müddət sonra isə Famil Ş.Tovuzlunun həmkarı Vəfa Şərifovayla münasibətə başlayıb.

Bildirilir ki, V.Şərifova hazırda Famil adlı şəxsdən hamilədir. Deyilənlərə inansaq, Ş.Tovuzlu hələ də keçmiş həyat yoldaşının həmkarıyla evlənməsini qəbul edə bilmir.

Qeyd edək ki, bir neçə gün öncə prodüser Tolikin aparıcısı olduğu “Hər şey daxil verilişində qonaq olan V.Şərifova Şəbnəm Tovuzlu barəsində xoşagəlməz fikirlər səsləndirmişdi.

“Prodüserə demişəm ki, bəzi adlar var, onlarla eyni verilişə çıxmaq istəmirəm. Mənim hər şeydən önəmli sərvətim adımdır. İstəmərəm ki, mənim adım səhnəmizin üz qaraları, bir ayda üç kişi ilə yataq şəkilləri yayılanla bir arada çəkilsin”,- deyə Şərifova bildirmişdi.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …