Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Sevgilimin xəyanətinə normal baxaram…” – Əkizlərdən qəribə açıqlama

“Sevgilimin xəyanətinə normal baxaram…” – Əkizlərdən qəribə açıqlama

Azərbaycanın tanınmış əkizləri Sevil və Sevinc Səfərovalar yeni klipini təqdim ediblər. “Qafqazinfo” xəbər verir ki, müğənnilər söz və musiqisi Vasif Əzimova məxsus “Dərdin nədir?” adlı mahnını ekranlaşdırıblar. Klipdə Vasif Azimov,  aktrisalar- Asya Atakişiyeva və Nərgiz Əliyeva rol alıb. 

Sevil və Sevinc daha sonra media nümayəndələrinin suallarını cavablandırıblar. Onlar layihənin mövzusunun xəyanət üzərində qurulmasından danışıblar:

“Müasir dövrdə aktual olan bir problemdir. Klipdə bəyin iki rəfiqə ilə eşq yaşamasını, xəyanət etməsini işıqlandırmağa çalışmışıq. Bütün xanımlar bizi yaxşı başa düşəcək. Ümumiyyətlə, dövrümüzdə xanımlar az xəyanət edir. Bunun səbəbi bəlkə də, mentalitetlə bağlıdır. Mən isə kişilərin xəyanətinə normal baxıram. Öz sevgilim də xəyanət edə bilər. Amma bir məsələ var. Ağıllı kişi xəyanət etdiyini hiss etdirməməlidir. Dədə-babadan belə görmüşük. Belə kişiləri alqışlamaq lazımdır”.

Əkizlər klip təqdimatının Sevgililər günü ilə üst-üstə düşməsinə də aydınlıq gətiriblər:

“Bu gün yəqin ki, bütün sevgililər küsüb. Fevralın 13-də küsüb, 15-də barışanlara müraciət edirik. Belə şeylər etməyin. Fikirləşirəm ki, sevginin günü olmur. Yanında olan insan səni varlığı ilə xoşbəxt edirsə, sevgililər günü nəyə lazım? Biz bu günü özəl hesab etmirik”.

Səfərovalar “Artıq Xəzər TV ilə yollarınızı ayırmısız. Orada 5 gün efirə çıxırdız və layihələrinizi rahat şəkildə reklam edirdiz. İndi layihənin reklamı ilə necə məşğul olacaqsız” sualını belə cavablandırıblar:

“Bizə dəstək olanlar burada əyləşib.  Çalışdığım kanal indi də yanımızdadır, inanırıq ki, həmişə də olacaq. Biz bəziləri kimi qalmaqallı bir şəkildə “Xəzər”lə yollarımızı ayırmamışıq. Kanalda çalışmasaq da, oranın övladıyıq. Biz tək özümüz yox, 4 il ərzində başqa müğənnilərin layihələrini təqdim etmişik. Həmkarlarımızı qalmaqaldan uzaq tutub işlərini göstərmişik”.

Sevil və Sevinc bacıları aparıcılıq etdikləri “Hər şey daxil” verilişini Tolikə həvalə olunmasına münasibət bildiriblər:

“Tolikin gözəl bəxti var, tam səmimi deyirəm. 4 il ərzində yayımlanan və baxımlı olan bir veriliş ona həvalə olundu. Aparıcılığı kənara qoyaq. O, layihənin rəhbəri oldu. Verilişi istədiyi kimi idarə edə bilir. Gözləyirdik ki, öz övladımız olan proqramı  yaxın bir insana təhvil verək. Tolikə etibar edirik, hər kəs yaxşı bilir. Doğma insamıza doğma yerimizi qoyub getmişik. Bizim aramızı heç kəs vurmayıb, ortada problem yoxdur. Biz istəyirik ki, peşəmizlə rahat məşğul olaq. Konsertimiz olacaq, ora ciddi hazırlaşmalıyıq. İşimizi mükəmməl görmək üçün seçimimizi etdik”.

Sevil və Sevinc əməkdar artist Tünzalə Ağayevanın eks-əri Rəhman Əliyevlə böyük mübahisə etdiyini deyiblər:

“Dünən Tünzalə Ağayevanın eks-həyat yoldaşı Rəhman müəllimlə mübahisə etmişik. Cəm şəklində danışaraq müğənnilərin pis yolla pul qazanmağından söhbət açdı. Bu tipli açıqlamalardan sonra tamaşaçılarda fikir formalaşır. Onlar elə bilirlər ki, müğənnilərin hamısı belədir və ailə həyatı qura bilməzlər. Müğənniləri də qınayıram. Deyirlər ki, mən bahalı qadınam. Bu nə fikirdir? Artıq ailə üzvlərimiz arasında narahatlıq yaranır. İnamsızlıq meydana gəlir”.



Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …