Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Samiraldo: “Mənə kişi olmağı öyrədin…” (FOTO)

Samiraldo: “Mənə kişi olmağı öyrədin…” (FOTO)

Stilist Samiraldo yenə qalmaqallı açıqlaması ilə gündəmdədir.

ANS PRESS-in məlumatına görə, ANS TV-nin “Bazar səhəri” proqramının qonağı olan stilist xarici görünüşü və qadınlara xas hərəkətlərinə aydınlıq gətirməyə cəhd edib. Samiraldo hər şeyi peşəsi ilə əlaqələndirib. “Mən əsasən xanımlarla çalışıram. Müştərilərimi anlamaq üçün onlar kimi düşünməliyəm və bu mənə işimdə kömək edir”.

Rövşanə Ağasəfqızının aparıcısi olduğu verilişdə qalmaqallı mövzu müzakirəyə çıxarılıb. Qonaqlar da mövzuya uyğun seçilib; qadına bənzəyən kişi qismində Samiraldo, kişi xasiyyətli qadın kimi isə meyxanaçı Samirə və musiqiçi Esmira xanım dəvət edilib.

Samiraldo kişiyə xas hərəkətləri ilə seçilən Esmira xanıma müraciət edərək belə deyib: “Sizdən xoşum gəldi. Gəlin, dostluq edək. Siz mənə kişi kimi olmağı öyrədin, mən də sizə xanımlıq öyrədim”.









Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın