Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Şair İlyas Tapdıq da dünyasını dəyişdi

Şair İlyas Tapdıq da dünyasını dəyişdi

Şair İlyas Tapdıq vəfat edib. Bu barədə kulis.az-a şair Ayaz Arabaçı məlumat verib.

O bildirib ki, İlyas Tapdıq bu gün axşam saatlarında evində vəfat edib. 82 yaşlı şair ürəyindən müalicə olunurdu.

Xatırladaq ki, şair və tərcüməçi İlyas Tapdıq 1934-cü ildə Gədəbəydə anadan olub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şerilə başlayıb.

Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), “Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın