Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “Sən deyildin soyqırım günü konsert verən?” QALMAQAL

“Sən deyildin soyqırım günü konsert verən?” QALMAQAL

Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızının Nəsiminin “Sığmazam” qəzəlinə yazdırdığı “Pençu şeş” mahnısı bir çox məşhurlar tərəfindən xoş qarşılanmayıb. 
UlduzumSan.Az-ın məlumatına görə, ötən gün rəqqasə Renka ilə söz savaşına çıxan Afət bu dəfə həmkarı Nadir Qafarzadə ilə üz-üzə gəlib. Belə ki, Qafarzadə verilişlərin birində Afətin sözügedən mahnısını dinləmədiyini deyərək tənqid edib: “Qulaq asmıram… Qulaqlarıma yazığım gəlir. Məni bir də ana doğmayacaq, belə qulaqlar dünyaya gəlməyəcək. Bu, mənim şəxsi fikrimdir. Elə musiqilər gələndə qulaqlarımı tıxayıram”.
Fərmanqızı Nadirin bu sözlərini cavabsız qoymayıb: “Sən deyildin “Çadralı qız” oxuyub, qulaqlarımızı korlayan? Bəs bizim qulaqlarımıza yazığın gəlmirdi? Sənin kimilər idi da bunları oxuyan. Bizi anamız neçə dəfə doğur ki? Biz də bir dəfə doğuluruq da…
Elnarə Abdullayeva kimi sənətkar mahnıma qiymət verdikdən sonra sən hara maralısan? Maral demişkən, bilmirsiz “Maral” mahnısını türklərdən kim oğurlayıb, oxuyub? Bu verilişə məni də çağırıblar, 21-də çəkiliş olmalı idi. Gəlməyəcəm, buradan deyim bilin.
“Gelandewagen”imi ora sürməyə heyfim gəlir. Bunların mahnıları pulla da trendə düşə bilmir. Mənim mahnım pulsuz, xalqın sevgisi ilə düşür. Dözə bilmirlər. Bunlar deyildi soyqırım günü konsert verən?”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …