Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “Səhnədən düşüb, hönkürtü ilə ağladım” – Gülyanaq

“Səhnədən düşüb, hönkürtü ilə ağladım” – Gülyanaq

Xalq artisti Gülyanaq Məmmədova atasının vəfat günü Vyanada səhnəyə çıxdığı üçün onu qınayanlara cavab verib.

Musavat.com saytına açıqlama verən ifaçı işinin başında olmağa məcbur qaldığını deyib: “Son aylar cavan qohumlarımı, ustadımı, atamı, son olaraq da sənət dostum, illərlə məni sintezatorda müşayiət etmiş tələbə yoldaşımı itirdim. Atam vəfat edəndə Vyanada tədbirdə idim. Dövlət tədbiri idi, universitetimiz adından çıxış edirdim. Mənim üçün çox ağır oldu. Geri dönə də bilmədim. Qəlbim yana-yana səhnədə çıxış etdim, konsert bitəndən sonra kulisdə hönkürtü ilə ağladım. Elə bilirsiniz ki, yaxınını itirərək səhnədə oxumaq asandı? Mən atamın da, dövlətimin də övladıyam. Mən atamın hər zaman qulluğunda olmuşam. Bu, mənim borcumdur. Vətənimə, dövlətimə də qulluq edirəm. Bizi qınayanlar baxsınlar ki, onlar dövlətə hansısa fayda verirlərmi? Həkim, müəllim, hər hansı peşə sahibi necə işinə çıxırsa, mən də iş başında olmalıyam. Universitetdə dərs deyirəm, tələbələrimə çalıb-oxumaq öyrədirəm. Onları yarıda qoya bilmərəm. Mən işimə görə maaş alıram. İmkanım olsa, toya getmərəm. Konsertlərdən, müəllimlikdən qazanaram. Amma ailəmizi dolandırmaq üçün məcburuq. Atam üçün rayonda məclis keçirdik. Bakıda da böyük məclis qurduq, atamı, bizi sevənlər məclisdə iştirak etdi. Onların yanımızda olması bizə təsəlli verdi”.

 

Qeyd edək ki, xalq artistinin atası 84 yaşlı Zakir Məmmədov martın 5-də vəfat edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …