Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Roza Zərgərli: “Məni əxlaqı olmayan insan kimi qələmə verdilər”

Roza Zərgərli: “Məni əxlaqı olmayan insan kimi qələmə verdilər”

“Uşaqlarım mənim həssas nöqtəmdir. Oğullarımı övladlığa götürməyimi heç vaxt demirdim. Elə bir məqama gəlib çıxdım ki, bezdim. İnsanın boğazına bıçaq dirənən an var. O an bizdə gəlib çatdı”.
Bunu müğənni Roza Zərgərli ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olarkən deyib.
Müğənni övladlığa götürdüyü uşaqlara görə ictimai qınaq hədəfinə çevrildiyini deyib.
“Bu barədə heç danışmadım. Amma uşaqların adının əcnəbi ad olmasına görə, çox söz-sphbətlər oldu. Gah dedilər Roza Zərgərli evli olmayıb. Roza Zərgərli 5 dəfə ailə qurub. Roza Zərgərlinin əri əcnəbidir. Buna sübut övladlarının adıdır və sair. Bu söhbətlərə görə, stres keçirdim. Bərk xəstələndim və 10 gün yatdım. Məni əxlaqı olmayan, pis insan kimi qələmə verdilər… Sonra uşaqlarım dedilər ki, aç danış, bu bizə ziyan gətirməyəcək. Açdım danışdım… Oldum ağ qanadlı mələk”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …