Şənbə , Fevral 23 2019
Ana səhifə / Şou Biznes / Restoran müdiri məşhur azərbaycanlı müğənniyə əxlaqsız təklif etdi

Restoran müdiri məşhur azərbaycanlı müğənniyə əxlaqsız təklif etdi

Məşhur prodüser Tolikin (Tarix Əliyev) Youtube kanalında qonaq olan müğənni Vəfa Şərifova qalmaqallı açıqlamalar verib.
AzNews.az xəbər verir ki, o, Tolikin “varlı kişilərdən, restoran sahiblərindən təkliflər almısınızmı?” sualını cavablandırıb. Bildirib ki, bu cür xoşagəlməz təkliflərdən dolayı tez-tez işdən çıxmalı olub:
“Mənim Azərbaycanda işdən çıxarılmadığım restoran qalmamışdı. Gedirdik, restoranda işləyirdik. 5-10 gündən sonra ya restoranın müdiri, ya da adminstrator başlayırdı təkliflər etməyə. Yox dedikdə isə işdən çıxarırdılar. Artıq prodüserimə dedim ki, efirlərə çıxacam, bizə daha restoran qalmayıb işləməyə. Mən bura iş üçün gəlmişəm. Başqa yolun yolçusu olsaydım, burada nə işim var idi?”

Həmçinin oxuyun

Azərbaycanlı model bakirəliyini 2.4 milyon avroya satdı

Azərbaycanlı model Məhbubə Məmmədzadə bildirib ki, satışa çıxardığı bakirəliyinə alıcı tapıb. Musavat.com lenta.ru saytına istinadən …