Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Qadınlarımızın adına ləkədir” – Sərxan “bacımdır” dediyi Mətanətdən danışdı

“Qadınlarımızın adına ləkədir” – Sərxan “bacımdır” dediyi Mətanətdən danışdı

Aktyor və aparıcı Sərxan Kərəmoğlu aparıcısı olduğu verilişdə müğənni Mətanət Əsədovaya sərt sözlər ünvanlayıb.

Musavat.com xəbər verir ki, aparıcı ifaçını Azərbaycan qadının adına ləkə gətirməkdə günahlandırıb:

“Siz bir xanım kimi deyirsiniz ki, “Məni çəkdi və söz verdi ki, heç yerdə paylaşmayacaq”. Video sizi çəkən insan tərəfindən sosial mediaya yayılmayıb. Kim yayıbsa çox tərbiyəsizcəsinə hərəkət edib. Görüntülərin kimin tərəfindən yayıldığını çox yaxşı bilirsən. Ona görə, də artistlik etmə. Xalqı aldatmaq olmaz.

Siz içdiyinizin limon suyu olduğunu deyirsiniz. Qoy olsun. İçki məclisidir, əgər orda söyüş söyürlərsə sizin gücünüz çatmırsa, qalxıb oradan getmıəli idiniz. Əgər, həmin məkanda qalmısınızsa deməli etdiyiniz bu hərəkət Azərbaycan qadının adına böyük ləkədir.

Orada muğam oxuyarkən, sizə zarafatyana sözlər deyirdilər. O anda da durub məkanı tərk etməliydiniz. Bizim musiqi və muğam sənətimizi təhqir etmisiz”.

Qeyd edək ki, bu ilin fevral ayında Sərxanın verilişdə Mətanəti öpməsi və haqqında dedikləri müzakirələrə səbəb olmuşdu.

Onun “Bu adam mənim bacımdır. Allah, bu nədir? Baldır, bal. Bunu paylaşacağam, nə istəyirsiniz yazın. Bilirsiniz, əli çatmayanlardır e… Özünün dadı, parfümünün dadı, bəh-bəh-bəh…+18-dir e, artıq hər şey etmək olar”–, sözləri tənqid olunmuşdu.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …