Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Prezidentdən Baş Prokurorluqla bağlı SƏRƏNCAM

Prezidentdən Baş Prokurorluqla bağlı SƏRƏNCAM

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti bundan sonra ayrıca struktur kimi fəaliyyət göstərəcək.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Baş Prokurorluğun strukturunda Mətbuat xidməti və İnformasiya-kommunikasiya texnologiyaları idarəsi yaradılıb. Mətbuat xidməti şöbə səlahiyyətli olacaq.

Ümid edirik ki, yeni formalaşdırılan Mətbuat xidməti ötən dövrlərdə olduğu kimi kütləvi informasiya vasitələri ilə əlaqələrin daha çevik və effektli qurulmasına töhfəsini əsirgəməyəcək.

Yeni struktura gələcək fəaliyyətində uğurlar diləyirik.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həmin vəzifəyə 2008-ci ildə təyin edilib. Bundan əvvəl isə o, Baş Prokurorluğun Təşkilat-Analitik idarəsində prokuror vəzifəsində işləyib.(Report)

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın