Bazar ertəsi , Oktyabr 15 2018
Ana səhifə / Şou Biznes / Prezident və nazirləri aldadan məşhur fırıldaqçının oğlu küçədə yaşayır – Foto

Prezident və nazirləri aldadan məşhur fırıldaqçının oğlu küçədə yaşayır – Foto

Türkiyədə prezident və nazirləri aldadan məşhur fırıldaqçının oğlu küçədə yaşayır. 
milliyet.com xəbər verir ki, İstanbul şəhərində havaların soyuması ilə əlaqədar 485 evsiz Zeytinburnu rayonundakı idman kompleksinə gətirilib. Burada onlar yatacaq yer, geyim və yeməklə təmin olunub. Kompleksə gətirilənlər arasında Hakan Parsadan ad-soyadlı biri xüsusi diqqət çəkib. Məlum olub ki, o, bir zaman fırıldaqçılıqla gündəmə səs salan Səlcuk Parsadanın oğludur.
Beş ildir küçədə yaşadığını deyən 38 yaşlı Hakar Parsadan gələcəkdə kitab yazmaq istədiyini bildirib: “Atam Səlcuk Parsadan sağ olanda çox gözəl həyatım var idi. O öləndən sonra maddi vəziyyətim pisləşdi və küçəyə düştüm. Atamla fəxr edirəm. Gələcəkdə başıma gələnlərlə bağlı kitab yazmaq istəyirəm. Kitabda narkotikdən, özümdən və küçələrdə yaşayan insanlardan bəhs edəcəyəm. Əvvəllər mən də narkotik maddə istifadə edirdim, amma tərgitdim. Həyat isə mənə insanların qəddar olduğunu öyrətdi. Yeni ildən diləyim budur ki, heç bir insan evsiz qalmasın. Vətəndaşların və iş adamlarının da bura gəlib bizə kömək etmələrini istəyirəm”.
Qeyd edək ki, Səlcuk Parsadan baş nazir olan Tansu Çilləri, prezident Süleyman Dəmirəli və bir çox nazirləri aldadan məşhur fırıldaqçıdır. O, 2006-cı ildə vəfat edib.
 
 
 
parsadan ile ilgili görsel sonucu
Səlcuk Parsadan
 
Parsadan'ın oğlu da tesiste
Hakan Parsadan

Həmçinin oxuyun

Bolqarıstan “Eurovison” mahnı müsabiqəsində iştirak etməyəcək

Bolqarıstanın BNT milli televiziya kanalının məlumatına əsasən, ölkə Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində iştirak etməyəcək. …