Pərvin Rafetlə görüşdüyünü təsdiq etdi

Aktrisa Pərvin Abıyeva sevgili olduğu deyilən müğənni Rafet El Romanla görüşdüyünü təsdiq edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Uçankuş” televiziyasında yayımlanan “Live masa” proqramına zəng edən aktrisa müğənni ilə iş üçün bir araya gəldiyini deyib: “May ayından bəri Rafet El Romanla görüşürük. Bir araya gəlməyimizə səbəb işdir. Mənə klipində oynamağı təklif edib. İki gün öncə görüşdük. Artıq Azərbaycana qayıtmışam. Klip çəkilişi təxirə salınıb. Rafetin serial layihəsi var. Bununla bağlı da bir araya gələcəyik”.