Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Onlar məktəb açır, təhsilə 250 min bağışlayır, bizimkilər isə…

Onlar məktəb açır, təhsilə 250 min bağışlayır, bizimkilər isə…

Türkiyənin məşhur müğənnisi Murat Boz Türk Təhsil Vəqfinə (TEV) 250 min lirə (79 min manat) bağışlaması ilə gündəmə gəlib. Belə ki, bu barədə vəqfin baş direktoru Yıldız Günay məlumat verib. O bildirib ki, vəqfin bank hesabında o qədər pulu görüb, təəccüblənib və araşdırma aparıb. Sonda məlum olub ki, pulu bağışlayan müğənni Murat Bozdur.

Müğənni Gülben Ergen də rəhbəri olduğu “Çocuklar gülsün deyə” vəqfi ilə Türkiyənin müxtəlif bölgələrində məktəblər açır. O ötən il 38-ci məktəbin açılışını edib. O bildirib ki, hədəfi 81 məktəb açmaqdır.

Bəs, azərbaycanlı sənətçilər elm, təhsil üçün hansı addımları atır?

Yerli sənət dünyamıza nəzər salsaq, məşhurlarımızın daha çox öz sahələri fəaliyyət göstərdiklərini görürük. Bir müddət öncə əməkdar artist Tünzalə Ağayeva “Hər şey daxil” verilişinə qonaq olarkən məktəb açmaq istəyini dilə gətirib.

O, bir neçə il sonra arzusunu reallaşdıracağını deyib: “O qədər müraciət edən var ki… Çox adam deyir ki, dərs verirsiniz? Buna tələbat var. Gənclər var ki, yanlarında olmuşam. Hər bir peşəkar öz etdiyi üslubları kiməsə öyrətməlidir. Bir çox gənclər olub ki, onların yanında olmağa çalışmışam. Məktəb bir insanın öz üzərində dayanmır. Böyük bir məsuliyyətdir”.

Əməkdar artist Aybəniz Haşımova da öz biliklərini tələbələrinə ötürənlərdəndir.  

Opera ifaçısı Fidan Hacıyeva da öz məktəbini açıb. Onun Fidan hacıyeva Vokal Musiqi Məktəbi var.

Rəqqasə Oksana Rəsulova ilə Fatimə Fətəliyeva özünə musiqi məktəbi açaraq, müəllimə kimi fəaliyyət göstərir.

Model İlqar Əliyevin model məktəbi var.

Sənətçilərin təhsilə, elmə yardım etməyə meylli olmamaları, maraq göstərməmələrinin bir səbəbi də çoxunun savadsız olmasından irəli gəlir. Bunun üçün uzağa getməyə gərək yoxdur, sosial şəbəkələrdəki səhifələrinə baxdıqda adi sözləri belə səhv yazdıqlarına şahid oluruq. Bəziləri isə səhifələrini  mətbuat katiblərinə, smm-lərə etibar edir.

Bəzi məşhurlar isə öz səhifələrini mətbuat katiblərinə etibar edir və hər şeyi onlara yazdırır.

Xalq artisti Faiq Ağayev, əməkdar artist Tünzalə Ağayeva, Lalə Məmmədova, müğənni Murad Arif, Çingiz Mustafayev  səhifələrini özləri idarə edir. Onlar savadlı yazmaları və orfoqrafik qaydalara əməl etmələri ilə seçilirlər.

Şou əhli arasında savadsız yazıları ilə seçilənlər də az deyil. Xalq artisti Aygün Kazımovadan tutmuş Röyaya, Talıb Tale, Şəbnəm Tovuzlu, Sevil-Sevinc, Gülay Zeynallı, Təranə Qumral, Zaur Baxşəliyevə qədər savadsız yazıları ilə seçilirlər.

Əlbəttə, siyahını istənilən qədər uzatmaq olar. Əsas odur ki, sənət adamları qınaq və tənqidlərdən dərs çıxararaq öz üzərilərində çalışsınlar. (Musavat.com)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …