Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Odundağın ətəyində düşmənlə üz-üzə qalanlar: Quşçu Ayrımdan – REPORTAJ

Odundağın ətəyində düşmənlə üz-üzə qalanlar: Quşçu Ayrımdan – REPORTAJ

Qazax rayonunun Quşçu Ayrım kəndi Ermənistanla sərhəddə yerləşən, düşmənə ən yaxın yaşayış məntəqələrimizdəndir. Düşmənlə üz-üzə olan kənd demək olar ki, hər gün atəş altındadır. Kənd sakinləri həyətyanı sahələrdə işləyərkən, heyvan sürülərini otlaqlara apararkən, hətta rayona gedərkən belə düşmən postlarının qarşısından keçirlər. Ermənilərin dağ postları kəndin bütün məntəqələrini nəzarətdə saxlayır. Qazax rayonundan kəndə aparan yol boyunca düşmən postları görünür. 
Quşçu Ayrım kəndinin əsas dayaq mərkəzi Odundağ hesab olunur. Olduqca əhəmiyyətli olan və Quşçu Ayrım kəndinin ətəyində yerləşdiyi bu dağ tam şəkildə Azərbaycan ordusunun nəzarətindədir. Bu dağ sayəsində Azərbaycan ordusu Ermənistanın Noyemberyan yaşayış məntəqəsini də nəzarətində saxlaya bilir.
Düşmənlə üz-üzə qalan həmyerlilərimizin belə çətin şəraitdə yaşamaqları az deyilmiş kimi onlar bir çox sosial problemlərlə də mübarizə aparırlar.
Musavat.com-un Quşçu Ayrım kəndinə yollanan reortyor qrupu sakinlərin qarşılaşdıqları problemlərin şahidi olub.
Qış aylarında kəndin əsas problemı suyun olmamasıdır. Kəndin bir hissəsi içməli su ilə təmin edilsə də böyük hissəsi susuzluqdan əziyyət çəkir. Kənddə uzun illər su problem olub. Bir neçə ilə əvvəl kəndin bir hissəsinə su çəkilib. Lakin iş yarımçıq dayandırılıb. İndi kənd sakinləri suya olan təlabatlarını ödəmək üçün kilometrlərlə yolu piyada, atla, eşşəklə qət edərək dağlar arasından su gətirməyə gedirlər. Kəndin mərkəzinə damcı-damcı gələn su qış ayarında donur. Bu xəttən su götürmək istəyən sakinlər günlərlə növbə gözləyirlər.
Kənd sakinlərinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Su problemi sakinlərin bu məşğuliyyətinə də imkan vermir. İçməli su tapa bilməyən kənd sakinləri qış aylarında mal-heyvan üçün suyu yağış və qar sularından əldə etməyə çalışırlar.
İşsizlikdən əziyyət çəkən kənd sakinləri sosial yardım ala bilməməkdən də şikayətlənirlər. Çətin şəraitdə yaşadıqlarını deyən kənd sakinləri su problemlərinin həll olunmasını istəyirlər.
Kənd sakinləri uzun illər yol problemindən də əziyyət çəkib. Gec də olsa yol problem öz həllini tapıb. Qazax-Quşçu Ayrım yolunun təmiri üçün 2014-cü ildə 1,7 milyon manat pul ayırıb. Ondan əvvəl də yolun tikintisi üçün əvvəlcə 6,9 milyon, sonra isə iki milyon manat vəsait ayrılmışdı. Nəhayət ki, bu qədər məbləğlə kəndə aparan yol asfaltlanıb.
Susuzluq isə əsas problem olaraq qalır. Düşmənlə üz-üzə qalan, təsərrüfatla məşğul olmaqdan başqa məşğuliyyətləri olmayan kənd sakinlərinin susuz vəziyyəti olduqca acınacaqlıdır…








Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın