Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Nazpərinin evindən oğurluq edənə hökm oxundu

Nazpərinin evindən oğurluq edənə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Verdiyev 8 il, Y.Hüseynli 7 il, C.Əliyev 8 il, N.Fərəcov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, 2017-ci ilin avqustun 19-da naməlum şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan xalq artisti Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisində külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Verdiyev, C.Əliyev, Y.Hüseynli, N. Fərəcov tərəfindən törədildiyi məlum olub.

Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.

N.Dostəliyeva dindirilən zaman deyib ki, evindən, ümumilikdə, 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min funt sterlinq oğurlanıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …