Gecə saatlarında baş verən hadisə zamanı 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar 51 yaşlı Xaçmazın Xudat şəhər saikini Toğrul Məmişov və 31 yaşlı Zöhrab Səfiyevdir. Xudat şəhər xəstəxanasına yerləşdirilən şəxslərdən Toğrula sağ və sol dirsək nahiyəsinin sıyrılmış yarası, Zöhraba isə qapalı kəllə-beyin travması, göz orbitinin əzilməsi və hematoması diaqnozu qoyulub.

Hər ikisi ilkin yardımdan sonra ambulator müalicəyə göndərilib.