Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Müğənnilərin toy qiymətləri: Restoranlarla sövdələşmə daha ucuz başa gəlir (VİDEO)

Müğənnilərin toy qiymətləri: Restoranlarla sövdələşmə daha ucuz başa gəlir (VİDEO)

Müğənnilər Ramazan bayramından sonra yüksək qiymətlərlə toy bazarına start veriblər.
Azinforum.az  “Xəzər TV”yə istinadən xəbər verir ki, 5-6 saatlıq toyu idarə etmək üçün toy sahibindən tələb olunan qonorar isə müğənniyə görə dəyişir.
Lakin restoranlar gündəlik toylarda ifa etmək üçün müğənnilər ilə bağladıqları müqavilə əsasında onlara sözügedən məbləğləri vermirlər. Məsələn, müğənni Səməd Səmədovyarım saatlıq ifa üçün 500 manat aldığını desə də, restoran ilə müqavilə əsasında yarım saatı cəmi 100 manata oxuyur.
Bakıda yerləşən şadlıq saraylarından birində baş inzibatçı işləyən Ramiz Cavadov da bildirib ki, toyda 2-3 mahnı ifa etməsi üçün hər müğənniyə 100-400 manat arası pul verilir.
Ramiz Cavadov deyir ki, eyni gündə restoranın 4-5 zalında toy varsa, müğənni həmin məbləğə bütün zallarda oxumalıdır.

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …