Bu günlərdə Afaq Aslanla müğənni Damla arasında qalmaqal yaşanır. Əslində, mediada yalnız A.Aslanın həmkarına qarşı münasibəti yer alıb. O, Damlanın ünvanına sərt ismarışlar göndərir, amma qarşı tərəfdən heç bir cavab gəlmir.

Qalmaqallardan qaçmağa çalışan Damla elə özünəməxsus tərzdə bir növ Afaq Aslana reaksiya verib. Belə ki, sosial mediada onun Sumqayıt şəhərində dünən baş tutan konsertindən videolar yayılıb. Sənətçi böyük coşqu ilə qarşılanıb. Hətta fanatlarının Damlaya yüngül xəsarət yetirdiyi söylənilir.

Bundan əlavə konsert sonrası müğənninin sevənləri ona yaxşı mənada hücum edib. Damla ətrafındakıların köməkliyi fanatlarının əhatəsindən çıxarılıb.

Xatırladaq ki, Afaq Aslan bir neçə gündür həmkarının ünvanına sərt mesajlar göndərməyi ilə gündəmə gəlir.

Minval.info