MTRŞ televiziyalara saqqal qadağası qoydu? Müğənnilər saç, saqqal uzadır

Son zamanlar efirlərdə saqqallı şəxslərlə bağlı bəzi problemlər yaşanmaqdadır. Redaksiyamıza daxil olan məlumatlara görə bəzi telekanallarda telekanaldaxili tapşırığa əsasən saqqallı şəxslər verilişlərə buraxılmır və çəkilişlərdə maksimum olaraq saqqalsız insanlar iştirak edir.

Redaksiyamıza daxil olan məlumata görə bəzi telekanallarda efirə saqqallı gələn qonaqlara da məcburi qaydada saqqalını təraş etmək tapşırılır, əks təqdirdə isə verilişin efirə getməyəcəyi bildirilir.

Dünya televiziya praktikasında belə bir hallar varmı? Belə tapşırıqların verilmləsi nədən qaynaqlanır?

BiG.AZ bu suallara cavab almaq üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxlayıb.

MTRŞ televiziyalara saqqal qadağası qoydu? Müğənnilər saç, saqqal uzadır - AÇIQLAMA

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Big.az-a açıqlamasında bildirib ki, Saqqal saxlamaq şəxsi seçimlə bağlıdır və bununla bağlı heç bir tapşırıq verilməyib:

“Saqqal saxlayanların efirə çıxması qadağandır deyilən bir şey yoxdur. Amma elə verliş ola bilər ki, onun formatında, məzmununda nəyisə uyğun gəlməyə bilər. Yaradıcı heyətin və ya verlişin məzmununa görə qadağalar ola bilər. Məsələn hansısa ciddi bir verlişə şortiklə çıxmaq olmaz. Efir mədəniyyəti deyilən bir şey var. Bununla bizlə əlaqəsi yoxdur. Ancaq bununla bağlı heç bir qadağa yoxdur”.

MTRŞ televiziyalara saqqal qadağası qoydu? Müğənnilər saç, saqqal uzadır - AÇIQLAMA

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tanınmış telejurnalist, filologiya elmlər doktoru professor Qulu Məhərrəmli vurğulayıb ki, efirə saqqalı və yaxud da başı örtüklü çıxmaqla bağlı məhdudiyyətlər qoyula bilməz:

“Amma baş örütüyü və saqqal uzatmaq dəbə çevriləndə, cəmiyyətdə buna qarşı mənfi fikir formalaşanda istər-istəməz televiziya rəhbərləri buna diqqət yetirməli olurlar. Hesab edirəm ki, bunu elə etmək lazımdır ki, insanların şəxsi həyatlarına və əqidələrinə toxunulmasın. Kimsə gəlib baş örtüyünün önəmli olmasından danışırsa bu artıq təbliğatdır. Buna məhdudiyyət qoymaq lazımdır. Adi vəziyyətdə kimsə dəb üçün saqqal saxlayırsa burda qorxulu heç nə yoxdur. Buna qadağa da qoyula bilməz. Bu gün müğənnilərin əksəriyyəti saç uzadıb, saqqal saxlayır”.

Zdrave universal kremi zdrave forte