Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Maşın”ı tərk edən Cavidan: Hər şey qurma… – Video

“Maşın”ı tərk edən Cavidan: Hər şey qurma… – Video

Xəbər verildiyi kimi, dünən “Maşın” şounu Cavidan Novruz tərk edib.

Publika.az xəbər verir ki, aktyor oyun haqqında fikirlərini sosial şəbəkədə paylaşıb:

“Bu, bir şou, yarışma idi. Mən də bura qatıldım. “Maşın” şouda hər tanınmış insan iştirak edə bilmir. Orada iştirakım göstərir ki, sevilən aktyoram. Bu da mənim baş ucalığımdır. Bayaqdan hamı mənə səs verdiyi mesajların fotosunu çəkib atır. Minlərlə insan mesajları skrin edib göndərib, öz gözlərimlə gördüm. Qarşınızda baş əyirəm. Üzr istəyirəm ki, sizi xərcə saldım. Hər halda mən də maraqlı iştirakçı idim. Doğrudan da çox səs veriblər. Bəzən deyirlər ki, burada hər şey qurmadır. Özüm şahidi oldum ki, heç nə qurma deyil. Burada heç nə ucuzlaşdırılmayıb. Murad Dadaşov böyük prodüserdir, belə saxta, xırda şeylərə gedən insan deyil. Yəqin ki, Aytən xanımın səs verənləri daha çox olub. Murad Dadşova təşəkkür edirəm ki, məni bu yarışmaya layiq gördü”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …