AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi “rəsmi sənədlərdə saxtakarlığ”a yol verdiyi üçün polis tərəfindən saxlanılıb.

 

Otellərdən birində qeydiyyata düşmək istəyərkən illər əvvəl saxta sənəd üzündən axtarışa verildiyi məlum olan Levent ifadəsindən sonra sərbəst buraxılıb. Daha sonra Tvitterdə başına gələnləri yazan Haluk məsələnin böyüdülməsinə əsəbiləşib:

“Dostlar, daha keçmiş günlərdəki kimi deyil! Artıq sosial şəbəkələr var. Tutulub-filan yoxdur! 12 il əvvəl bir sənəddə mənim imzam var, ya yox, onu soruşdular. 12 il əvvəl! “Yoxdur” deyib çıxdım. Polislə işim 2,5 dəqiqə çəkdi. Heç bir problemim yoxdur”.