Çərşənbə , Noyabr 14 2018
Ana səhifə / Şou Biznes / Məşhur azərbaycanlı müğənni internatdan qaçıbmış: “Darvazadan atlanmalıydım ki, məni döyməsinlər…”

Məşhur azərbaycanlı müğənni internatdan qaçıbmış: “Darvazadan atlanmalıydım ki, məni döyməsinlər…”

Müğənni Bahar Lətifqızı ATV-də yayımlanan “Nanəli” verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, aparıcı Nanə Baharın həyatı ilə bağlı heç yerdə danışmadığı hadisənin üstünü açıb. Məlum olub ki, internatda böyüyən müğənni mahnı oxumaq üçün oradan qaçıb:
“1992-ci il idi. Konsertdə iştirak etmək üçün internatdan qaçdım. Çünki səhər saat 5-də ora çatacaqdım. Belə olan halda da darvazadan atlanmalıydım ki, mənim qaçdığımı bilib döyməsinlər. Konsertdən qayıdanda bildim ki, atamın yeni evi mən olduğum yerə yaxındır. Soyuq qış günü idi. Ayağımda yay ayaqqabısı var idi. Düşündüm ki, atam məni görsə yəqin deyər ki gəl bizə. Evə yaxınlaşanda itlər üstümə hücum çəkdi. Əlimlə üzümü tutdum ki, qapmasınlar məni. Dəhşətli anlar idi. Onda başa düşdüm ki, güclü olmaq lazımdır. Atam indi rəhmətə gedib. Mənə ev qoyub gedib”.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

“Körpə qızımın halı pisləşdi, xəstəxanadayam” – Rəqsanə

“Oğlumu xəstəxanadan çıxarmamışdıq, amma qızı evə gətirmişdik. Gecə 3-də uşağın halı dəyişdi, təkrar xəstəxanaya apardıq”.  …